Yuxarı
loading...
loading...

Yaponiya Kuril silsiləsinə daxil olan iki ada üzərində suverenitetinin bərpasına ümid edir

16.11.2018 15:04 Oxunma sayı: 1290


Yaponiya ümid edir ki, Rusiya ilə sülh müqaviləsinin imzalanması məqsədilə aparılan danışıqlar zamanı Habomai və Şikotan adalarının qaytarılacağı təqdirdə Yaponiyanın suvereniteti onlara da tətbiq ediləcək.

bu barədə Yaponiya Nazirlər kabinetinin baş katibi Yoşihide Suqa noyabrın 16-da keçirilən mətbuat konfransı zamanı Rusiya Prezidenti Vladimir Putinin məsələ ilə əlaqədar bəyanatını şərh edərkən bildirib.

Noyabrın 15-də Rusiya Prezidenti Sovet İttifaqı ilə Yaponiya arasında 1956-cı ildə imzalanan bəyannamə əsasında Yaponiyanın danışıqlara qayıtmağa razı olması barədə Baş nazir Şinzo Abenin ona məlumat verdiyini təsdiq edib. Lakin V.Putin bəyan edib ki, həmin sənəddə bəzi mühüm məqamlar tam aydın deyil. Belə ki, sənəddə keçmiş SSRİ-nin cənubda iki adanı qaytarmağa hazır olduğu deyilsə də, bunun hansı əsasda olacağı, həmin adaların kimin suverenitetinə daxil ediləcəyi aydın deyil. Buna görə də məsələnin üzərində əlavə işləmək lazımdır.

“Mən Rusiya Prezidentinin bəyanatını şərh etməyi təxirə salmaq istərdim. Lakin istənilən halda, Habomai və Şikotan Yaponiyaya qaytarılacağı təqdirdə, özlüyündə, onlar üzərində Yaponiyanın suvereniteti də təsdiq ediləcək”, - deyə baş katib bildirib.

Xatırladaq ki, noyabrın 14-də Sinqapurda görüşən Yaponiya və Rusiya liderləri iki ölkə arasında sülh müqaviləsinin imzalanması məqsədilə aparılacaq danışıqlar üçün hər iki ölkə tərəfindən qəbul edilən yeganə sənədin – 1956-cı ilin Yaponiya-Sovet İttifaqı birgə bəyanatının əsas götürülməsi barədə razılıq əldə ediblər. Sənəddə qeyd edilir ki, sülh müqaviləsi imzalandıqdan sonra Habomai və Şikotan adaları Yaponiyaya veriləcək. Ş.Abe tərəfindən məsələnin birgə bəyanat əsasında həllinin qəbulu Yaponiya tərəfindən çox böyük güzəştdir. Çünki müharibədən sonra davam edən bütün illər boyu Yaponiya sülh müqaviləsinin imzalanması üçün dörd adanın – Habomai, Şikotan, İturup və Kunaşirin qaytarılmasını şərt kimi irəli sürürdü.


loading...