Yuxarı
loading...
loading...

Bakıda qadın kirayə qaldığı evdə öldürüldü

15.11.2018 20:49 Oxunma sayı: 1282


Bakıda qadın yaşadığı mənzildə qətlə yetirilib.

 Yasamal rayonu ərazisində 1967-ci il təvəllüdlü İradə Mütəllimovanın kirayədə qaldığı evdə meyiti tapılıb.

Araşdırma zamanı onun küt alətlə başına zərbələr endirilərək qətlə yetirildiyi müəyyən olunub.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət iş başlanıb. İ.Mütəllimovanı qətlə yetirən şəxsin axtarışları davam etdirilir.


loading...