Yuxarı
loading...
loading...

Azərbaycan nefti ucuzlaşıb

15.11.2018 10:21 Oxunma sayı: 1599


CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 13-də 68,2 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 3,95 dollar/barel azdır.

Bu barədə  ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 13-də 67,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,98 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 13-də 63,25 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 4,02 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti noyabrın 13-də 65,07 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3,95 dollar/barel azdır.


loading...