Yuxarı
loading...
loading...

Hikmət Hacıyev Norveç səfirliyinin bağlamasından danışdı

12.11.2018 19:27 Oxunma sayı: 2388


Bu məsələyə xüsusi bir əhəmiyyət verməyə lüzum görmürük. Hər bir ölkə öz xarici siyasətini müəyyən edərkən səfirlik və ya digər statuslu diplomatik nümayəndəliyin açılması və ya bağlanması barədə qərar qəbul edir.

Norveçin Bakıda akkreditə olunmuş səfirliyinin fəaliyyətini dayandırması Norveç hökumətinin öz işidir. Bu, sıradan olan adi bir haldır və bizdə hər hansı təəssüf doğurmur.

bunu Trend-ə müsahibəsində Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Norveçin Azərbaycanda səfirliyinin fəaliyyətinin dayandırılması barədə məlumata münasibət bildirərkən deyib.

O xatırladıb ki, Norveçin Azərbaycandakı səfirliyi 1998-ci ilin iyununda təsis edilib və əsas məqsəd o zaman “Statoil” adı ilə fəaliyyət göstərən Norveçin neft şirkətinin fəaliyyətini yüngülləşdirmək və onun biznes maraqlarını təşviq etmək idi. 

“Azərbaycanın Norveçdə səfirliyi açılmayıb və açıq desək, belə bir fikir də olmayıb. Azərbaycanın İsveçdəki səfirliyi qeyri-rezident əsasda, eyni zamanda, Norveçdə də akkreditasiya olunub.

Azərbaycanda iqamətgahı Bakıda olmaqla, 65 ölkənin səfirliyi, 20 beynəlxalq təşkilatın nümayəndəliyi və 12 fəxri konsulluq akkreditasiya olunub. Bunların içərisində 25 səfirlik Avropa ölkələrinə məxsusdur.

Həmçinin, ölkəmizdə dörd Baş konsulluq fəaliyyət göstərir. Son olaraq Portuqaliya, Venesuela, Peru və Kosta-Rikanın Azərbaycanda səfirlikləri açılıb.

Azərbaycanın 70 səfirliyi və diplomatik ofisi, beynəlxalq təşkilatlar yanında beş nümayəndəliyi, doqquz Baş konsulluğu və 14 fəxri konsulluğu fəaliyyət göstərir.

Avropa ölkələrində ölkəmizin otuza yaxın səfirlik və diplomatik nümayəndəliyi akkreditə olunub”, - deyə PA rəsmisi əlavə edib.


loading...