Yuxarı
loading...
loading...

Şabranda “cin çıxarma” adı ilə ruhi xəstəni döyüb öldürdülər

12.11.2018 01:32 Oxunma sayı: 1299


Şabranda qətl hadisəsi baş verib.

Bakı şəhər sakini Murad Şahin oğlu Soltanovun üzərində müxtəlif xəsarətlər olan meyiti yaşadığı Alı Mustafayev küçəsi, ev 19 ünvanındakı kirayə evdə aşkarlanıb.

Polis əməkdaşlarının araşdırması zamanı müəyyən edilib ki, Şabran rayon sakinləri - Füzuli Qəribov, Vüsal İbrahimov, Aprel Xəlilov, Sahib Xəlilov, Əfqan Tarverdiyev və Cəmil Qayıbov əlbir olaraq psixi xəstəlikdən əziyyət çəkən Murad Soltanovu “cin çıxarma” müalicə üsulu ilə sağaltmaq adı ilə bədəninin müxtəlif nahiyələrinə çubuqla vuraraq xəsarətlər yetiriblər.

Murad Soltanov aldığı xəsarətlərdən ölüb.

Baş verən hadisə ilə bağlı Şabran rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

 


loading...