Yuxarı
loading...
loading...

Amil Yunanov: “İki qol vurmağım komandanın zəhmətidir”

12.11.2018 15:56 Oxunma sayı: 1499


“İlk hissədə bir az çətin oldu, küləyə qarşı oynayırdıq. Amma əsas odur ki, fasiləyədək qol buraxmadıq. “Sumqayıt” da yaxşı komandadır. İkinci hissədə üstünlük bizim tərəfimizdə idi. Şükürlər olsun, qələbə qazandıq. Həqiqətən də vəziyyətimiz çox pis idi”.

Bunu  “Keşlə”nin futbolçusu Amil Yunanov Azərbaycan Premyer Liqasının XI turunun son oyununda “Sumqayıt” üzərində 4:1 hesablı qələbəni şərh edərkən deyib.

Oyunun 52 və 79-cu dəqiqələrində sabiq komandasının qapısına 2 qol vuran forvard sevincli olduğunu ifadə edib: “Bu oyunda qalib gəlməli idik, başqa yolumuz yoxdur. İki qol vursam da, bu, komandamızın zəhmətidir. Əlbəttə, qol vurmağım mənim üçün sevindirici haldır. Son vaxtlar gah oynayıram, gah da yox. Bu da mənə çətindir. Matçın sonlarında yorğunluq da hiss edilirdi. Çünki oyunla məşq bir deyil”.

O, bildirib ki, “Keşlə”nin yeni baş məşqçisi Tərlan Əhmədov komandaya özünəinamı qaytarmaq istəyir: “Əvvəlki komandadır. Sadəcə olaraq, özünəinam yoxdur. Yeni baş məşqçimiz inamı qaytarmağa çalışır. Tərlan Əhmədovun gəlişinin həm “Keşlə”, həm də mənim üçün daha yaxşı olacağına inanıram. Növbəti turda “Qəbələ” ilə qarşılaşacağıq. Hücumçu üçün qol vurmaq çox yaxşıdır. Çünki motivasiyalı olursan. Vəzifəm qol vurmaqdır. Bu oyunda da çalışacağam. Əsas məsələ komandamızın qələbəsidir. Qış fasiləsinə qədər qalan bütün oyunlardan qalib ayrılmaq istəyirik”.


loading...