Yuxarı
loading...
loading...

Misirdə kilsəyə girmək istəyən ruhi xəstə iki nəfəri yaralayıb

12.11.2018 15:35 Oxunma sayı: 1274


Misirin Ayn Şəms şəhərində psixi pozğunluğu olan kişi kilsəyə daxil olmağa cəhd göstərib.

 bu barədə "Youm7" xəbər portalı məlumat yayıb.

Yerli prokurorluq nümayəndələrinin sözlərinə görə, kişinin üzərində dəmir çubuq olub və saxlanılan zaman iki nəfəri yaralayıb. Bildirilir ki, o kilsəyə yan qapıdan girmək istəyib, lakin mühafizəçi onu saxlayıb və polisə təhvil verib.

Kişinin polis bölməsinə gəlmiş qohumlarının sözlərinə görə, 23 yaşlı gənc oğlan kilsənin yanında yaşayır, onun psixi pozğunluğu var. Son vaxtlar müalicə kursu keçib. Onun hansı səbəbdən bu addımı atmaq istədiyi araşdırılır.

Bundan əvvəl Misir məhkəməsi İŞİD-in 40 üzvü barədə hökm çıxarıb.


loading...