Yuxarı
loading...
loading...

"Yuventus" Ronaldu və Mancukiçin qolları sayəsində "Milan"ı məğlub edib

12.11.2018 13:45 Oxunma sayı: 1493


"Yuventus" futbol üzrə İtaliya A Seriyasının 12-ci turunda "Milan" üzərində qələbə qazanıb.

 Milan şəhərinin "San-Siro" stadionunda keçən görüş 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Turinlilərin qollarını Mario Mancukiç (8-ci dəqiqə) və Kriştianu Ronaldu (81) vurub. Ev sahiblərindən Qonsalo İquain 11 metrlik cərimə zərbəsindən fərqlənə bilməyib.

"Yuventus" bu qələbə sayəsində xllarının sayını 34-ə çatdırıb və turnir cədvəlinə liderliyini davam etdirir, "Milan" 21 xalla 5-cidir.

"Yuventus" bundan əvvəl ÇL-in qrup mərhələsi çərçivəsində öz meydanında İngiltərə "Mançester Yunayted"inə məğlub olub.


loading...