Yuxarı
loading...
loading...

Türkiyə respublikasının qurucusu Mustafa Kamal Atatürkün vəfatından 80 il ötür

10.11.2018 12:53 Oxunma sayı: 1596


Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatından 80 il ötür.

 Atatürk 1938-ci il noyabrın 10-da 57 yaşında İstanbulda dünyasını dəyişib.

Bu münasibətlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, nazirlər, müxalifət liderləri və ictimaiyyət nümayəndələri Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət ediblər. R.T.Ərdoğan məqbərənin qarşısına ay ulduzlu çələng qoyub, Türkiyənin İstiklal Marşı oxunub. R.T.Ərdoğan xatirə dəftərini imzalayıb.

Qeyd edək ki, Türkiyə Qurtuluş Savaşının hərbi və siyasi lideri, Türkiyə Cümhuriyyətinin qurucusu, Mustafa Kamal Atatürk 1881-ci ilə Salonikidə doğulub.

O, 1923-cü ildən 1938-ci ildək ölkəyə rəhbərlik edib və Türkiyə Cümhuriyətinin ilk prezidenti olub.

Atatürk Birinci Dünya Müharibəsi əsnasında Osmanlı ordusunda xidmət edib. Çanaqqala cəbhəsindəki döyüşlərdə fərqləndiyinə görə polkovnikliyə, Sina-Fələstin cəbhəsində isə İldırım Orduları generallığına layiq görülüb.

Atatürk Osmanlı İmperiyasının yerində qurulan Türkiyə Cümhuriyyətinin müasir və dünyəvi bir milli dövlətə çevirmək üçün siyasi, iqtisadi, ictimai və mədəni islahatlar aparıb. Onun liderliyi altında minlərlə yeni məktəb inşa edilib. İbtidai təhsil pulsuz və zəruri hala gətirilib.

Qadınlara qarşı hüquq bərabərsizliyini aradan qaldırıb. Kəndlilərin ağır vergilərini azaldıb.

1938-ci ildəki vəfatına qədər 4 dəfə Türkiyə prezidenti seçilən Atatürk, ölkəsində bu vəzifəni ən uzun müddətə icra edən siyasi liderdir.

Atatürkün fəaliyyəti tarixdə oynadığı əhəmiyyətli roluna görə bir çox yazar və tarixçi tərəfindən araşdırılıb və haqqında 379 əsər yazılıb.

Hər il Türkiyədə və ondan xaricdə Atatürksevərlər onu hörmət və ehtiramla yad edirlər. Atatürkü yad etmək üçün dövlət, hökumət rəmsiləri, deputatlar, siyasi partiyaların liderləri, icitmiyyətin nümayəndələri Antıqəbiri ziyarət edirlər.


loading...