Yuxarı
loading...
loading...

Sərxoş sürücü Səngəçalda ağır qəza törətdi

09.11.2018 19:32 Oxunma sayı: 2380


Bakı - Astara yolunun Səngəçal (Qaradağ rayonu) qəsəbəsi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

yüksək sürətlə hərəkət edən

“Mersedes” markalı minik avtomobili “Volvo” yük avtomobilinə çırpılıb. Nəticədə “Volvo” yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 3 nəfər, o cümlədən hər iki sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. 

Hadisə yerinə gələn polis əməkdaşlarının sözlərinə görə, “Mersedes”in sürücüsü sərxoş vəziyyətdə olub.

Faktla bağlı texniki ekspertiza aparılır.

 

 

 

 

 

 


loading...