Yuxarı
loading...
loading...

Victoria’s Secret şedevrini göstərdi

09.11.2018 16:21 Oxunma sayı: 1268


Dünyanın ən məşhur moda brendlərindən olan "Victoria's Secret" dünən ABŞ-ın Nyu-York şəhərində ənənəvi "Victoria's Fashion Show 2018"u keçirib.

şouda brendin "mələk"ləri yeni kolleksiyanı podiumda reklam ediblər.

"Pier 94" sərgi mərkəzindəki şou dekabrın 2-də ABC telekanalında nümayiş olunacaq. Şouda 60 model iştirak edib.

"Victoria's Secret"in ən bahalı brası sayılan "Fantasy Bra"nın nümayişi şounun kulminasiya nöqtəsi olub.

Bu dəfə branı 30 yaşlı isveçli model Elsa Hosk nümayiş etdirib.

"Atelier Swarovski"nrn gümüşdən hazırladığı bra 2100 brilyant qaşla bəzədilib. Bu branın hazırlanmasına 930 saat sərf olunub.

1 milyon dollarlıq branın ucuz, büdcə variantı 199 dollardan satılacaq.


loading...