Yuxarı
loading...
loading...

Ağdaşda maşının inəyi vurması nəticəsində 3 nəfər yaralanıb

09.11.2018 14:12 Oxunma sayı: 1278


Ağdaş rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

rayonun Ləki-Pirəyir yolu ilə hərəkətdə olan “VAZ-2106” markalı avtomobil qarşısına çıxan iribuynuzlu heyvanı vurub.

Nəticədə Kotavan kənd sakinləri - sürücü Xəyal Şıxaliyev, atası Şıxaliyev Məhəmməd Zeynal oğlu və yaxın qohumu Əfsanə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan M.Şıxaliyevin vəziyyəti ağırdır. Bu səbəbdən onun paytaxt klinikalarından birinə göndərilməsi qərara alınıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Ucarda avtomobil velosipedçini vuraraq öldürüb.


loading...