Yuxarı
loading...
loading...

Mosulda partlayış nəticəsində ölən və yaralananlar var

09.11.2018 13:51 Oxunma sayı: 1268


İraqın Mosul şəhərində partlayış nəticəsində azı 3 nəfər ölüb, daha 9 nəfər yaralanıb.

bu barədə "Al-Sumaria" telekanalı məlumat yayıb.

Bildirilir ki, partlayıcı qurğu şəhərdəki "Abu Layla" restoranı yaxınlığında park edilmiş avtomobildə işə salınıb.

Hadisə qurbanları barədə məlumatlar bir-birindən fərqlənir."Iraqi News" İraqın Təhlükəsizlik Xidmətinə istinadən yaydığı məlumatda, 2 nəfərin öldüyünü, 11-nin isə yaralandığını bildirir. Eyni zamanda"Reuters" Mosulun tibb xidmətinə istinadən 5 nəfərin öldüyünü, daha 14-nün isə yaralandığını xəbər verir.

Bundan əvvəl Moskvadakı “Yerevan plaza”da partlayış təhlükəsi ilə bağlı təxliyyə olub.


loading...