Yuxarı
loading...
loading...

Bakirə olmayan qız heç kimdən icazə almadan kəbin kəsdirə bilərmi?

08.11.2018 18:43 Oxunma sayı: 1338


Bakirə qız kəbin kəsdirərkən atasından ya da atasının atasından (yəni babasından) mütləq icazə almalıdır. Amma qız əvvəllər atasının razılığı və kəbinlə ərdə olubsa, sonra talaq almış və ya əri ölmüşsə, iddədən sonra öz taleyini özü həll etmək ixtiyarına malikdir və heç kimdən icazə almadan kəbinə daxil ola bilər.

Lakin alimlərin fikrincə, ərə getməkdən fərqli bir səbəblə, məsələn, yıxılma, xəstəlik, zina nəticəsində bakirəliyini itirmiş qız da atasından və ya babasından icazə almalıdır. Bunların icazəsiz kəbin kəsdirməsi günahdır və kəsilən kəbin də batildir. Bu, cəfəri məzhəbinin münasibətidir.

Əhli-sünnə məzhəblərindən şafii, hənbəli və maliki məzhəblərinin də fikri buna yaxındır. Hənəfilər istər bakirə, istərsə də qeyri-bakirə qızın icazəsiz kəbin kəsdirməsini qanuni sayırlar, amma bəzi hallarda (ata qızın seçiminin düzgün olmadığını yəqin bilirsə, qıza verilən mehriyyə sair qadınların mehriyyəsindən azdırsa) izdivaca mane ola bilər. Hənbəlilərdə daha bir fərq var ki, onlar xəstəlik və ya fiziki zədə nəticəsində bakirəliyi pozulmuş qızı bakirə hökmündə qəbul edir və atasının icazəsini şərt bilirlər, amma zina nəticəsində bakirəliyini itirmiş qadını isə dul kateqoriyasına aid edir və kəbin kəsdirməkdə sərbəst sayırlar.


loading...