Yuxarı
loading...
loading...

Nazirlik küçədə qaldığı deyilən uşağı himayəsinə götürdü

08.11.2018 15:27 Oxunma sayı: 1283


Dilənmədiyi üçün atası tərəfindən küçəyə atılan uşaqdan yeni xəbər var.

uşaq “Azərbaycan Uşaqlar Birliyi”nin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzindən götürülərək, dövlət qurumları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində Zabratda fəaliyyət göstərən Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə yerləşdirilib.

Dilənmədiyi üçün atası tərəfindən küçəyə atılan uşaq sığınacağa yerləşdirilib.

bunu “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə deyib.

QHT sədri qeyd edib ki, uşaq gecə saatlarında hüquq-mühafizə orqanları tərəfindən tapılıb:

“O, birliyin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib”.

Qeyd edək ki, uşağın küçəyə atılması barədə Baku TV reportaj hazırladıqdan sonra uşağın dövlətin nəzarətinə verilməsi üçün bir sıra dövlət qurumları və QHT-lər onu axtarmağa başlayıb.

 

 


loading...