Yuxarı
loading...
loading...

Rusiyanın 3 biznesmeninə Davos forumuna gəlmək qadağan olundu

08.11.2018 13:25 Oxunma sayı: 1481


“ABŞ sanksiyaları altında olan 3 rusiyalı biznesmenə İsveçrədə hər il keçirilən Ümumdünya Davos iqtisadi forumuna qatılmaq qadağan olunub.

“Bu dünya təşkilatlarının Vaşinqtonun “qara siyahısı”na düşən adamlarla kontakta girmək həvəsinin olmadığına dair nişanədir”,- “Financial Times”dan Henri Foy və Maks Seddon yazır.

Xəbərdə alüminum maqnatı Oleq Deripaska, sənaye oliqarxı Viktor Vekselberq və VTB Bankın sahibi Andrey Kostinin Qərbin iqtisadi elitasının toplandığı belə mötəbər forumda iştirak edə bilməyəcəyi deyilir. Adı çəkilən 3 şəxsin buraxılmaması forumun bəzi təşkilatçılarının Rusiya prezidenti Vladimir Putini də gətirmək cəhdlərinin qarşısını kəsib. 
Qeyd edək ki, Putin 10 ildən çoxdur ki, Davosa qatılmır.

Kremlin rəsmi nümayəndəsi Putinin həqiqətən getməyəcəyini təsdiqləyib, lakin bəhs edilən 3 milyarderlə bağlı şərh verməkdən boyun qaçırıb.

“Financial Times”ın etibarlı mənbələri isə bunula bağlı forumun təşkilatçılarına Vaşinqtondan dəhşətli təzyiq olduğunu söyləyiblər.


loading...