Yuxarı
loading...
loading...

Gürcüstanın valyuta ehtiyatları azalıb

08.11.2018 12:51 Oxunma sayı: 1280


Oktyabrda Gürcüstanın valyuta ehtiyatları 57 milyon ABŞ dolları məbləğində azalıb.

 bu barədə Gürcüstan Milli Bankının veb-səhifəsində xəbər verilib.

Bankın məlumatında bildirilib ki, oktyabrın 31-nə ölkənin valyuta ehtiyatları 3 milyard 95 milyon dollar olub. Xarici valyutada olan ehtiyatların həcmi 2 milyard 894 milyon dollar təşkil edib. Sentyabrın 30-da isə ölkənin valyuta ehtiyatları 3 milyard 152 milyon dollar olmaqla ölkə tarixində ən yüksək həddə çatıb.

Beynəlxalq Valyuta Fondunun məlumatına görə, Gürcüstanın valyuta ehtiyatları minimal həddən də aşağıdır.


loading...