Yuxarı
loading...
loading...

Avropa sözünü tutmadı: "Ağır günlərimiz başlayır" - İran şirkəti

07.11.2018 15:43 Oxunma sayı: 1286


İran şirkətləri ABŞ-ın tətbiq etdiyi sanksiyalara baxmayaraq, Qətərdə təşkil olunan otel biznesi sərgisində iştirak ediblər.

Bu barədə İranın "Poopak" qida şirkətinin ixrac məsələləri üzrə meneceri Banador Faleh danışıb.

Şirkət rəsmisinin sözlərinə görə, İran şirkətləri bundan iki həftə əvvəl - ABŞ sanksiyaları qüvvəyə minmədiyi bir vaxtda ilkin ödənişləri ödəmələrinə baxmayaraq, Fransada keçirilən SİAL sərgisinə buraxılmayıblar.

“Avropa İttifaqı ölkələrinin sanksiyalara əməl etməməklə bağlı verdikləri sözlərə əməl olunmur. Onlar sözdə sanksiyalara əməl etməyəcəklərini açıqlasalar da, əməldə İranla istənilən biznesi blok edirlər. İran şirkətlərini ağır günlər gözləyir”, - Faleh bildirib.

Qeyd edək ki, Dohada keçirilən “Hospitality Qatar” sərgisində 10-a yaxın İran şirkəti iştirak edir.


loading...