Yuxarı
loading...
loading...

Serbiyada qətl törədən azərbaycanlı Doha-Bakı təyyarə reysi ilə gələrkən saxlanılıb

06.11.2018 13:33 Oxunma sayı: 2706


Doha-Bakı təyyarə reysi ilə Qətərdən Bakıya gələn 38 yaşlı Tural Süleymanov Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı onun Serbiyada qəsdən adam öldürmə cinayətini törətməkdə şübhəli bilindiyinə görə “İnterpol” xətti ilə axtarışda olduğu üzə çıxıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin “kriminal dünya” ilə yaxınlığı və onun başqa cinayətlər törətməsi ehtimalını araşdırır.


loading...