Yuxarı
loading...
loading...

Bakının bir hissəsində su olmayacaq

23.10.2018 20:48 Oxunma sayı: 1281


Bakının bəzi rayonlarında içməli suyun verilməsi məhdudlaşdırılacaq.

Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar oktyabrın 24-də səhər saatlarına qədər Bakı şəhəri Səbail rayonu Bibiheybət və Şıxov qəsəbələrinə, 20-ci sahə və Bayıl qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.


loading...