Yuxarı
loading...
loading...

Qurban Qurbanovun oğlu qol vurdu, millimiz uduzdu

23.10.2018 20:34 Oxunma sayı: 1500


17 yaşadək futbolçulardan ibarət millimiz (U-17) Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Ramin Quliyevin başçılıq etdiyi kollektiv bu gün ilk oyununu keçirib. 

Səkkizinci qrupda yer alan yığmamız ilk sınağında Norveçlə qarşılaşıb və 1:4 hesabı ilə uduzub. Skandinaviyalılar ilk üç qolu 18, 19 və 20-ci dəqiqədə vurub.

Komandamızın heyətində yeganə qola millimiz və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı imza atıb.

Qeyd edək ki, U-17-nin mübarizə apardığı qrupda Norveçlə yanaşı, Albaniya və Çexiya yığmaları da yer alırlar. Qrupun bütün oyunları Albaniyada keçirilir.


loading...