Yuxarı
loading...
loading...

Çempionlar Liqasında turun matçları TƏQVİM

23.10.2018 19:04 Oxunma sayı: 1282


Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turunun oyunlarına start veriləcək.

 ilk gündə E, F, G və H qruplarının oyunları olacaq. 

Günün mərkəzi qarşılaşması İngiltərənin Mançester şəhərinin  “Old Traford” stadionunda baş tutacaq. İtkisiz irəliləyən “Yuventus” bu dəfə səfərdə “Mançester Yunayted” səddini aşmağa çalışacaq.

Bu matçı maraqlı edən cəhət hər iki klubun sabiq oyunçularının üz-üzə gəlməsidir. Fransalı Pol Poqba və portuqaliyalı Kriştianu Ronaldu sabiq klublarına qarşı oynayacaqlar. Üstəgəl, Ronaldu “Real”da oynadığı zaman münasibətləri heç də yaxşı olmayan sabiq baş məşqçisi, həmyerlisi Juze Mourinyu ilə üz-üzə gəlməli olacaq.

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

E qrupu

20:55 AEK (Yunanıstan) – “Bayern” (Almaniya)

23:00 “Ayaks” (Hollandiya) – “Benfika” (Portuqaliya)

1. “Ayaks” 4

2. “Bayern” 4

3. “Benfika” 3

4. AEK 0

F qrupu

23:00 “Hofenhaym” (Almaniya) – “Lion” (Fransa)

23:00 “Şaxtyor” (Ukrayna) – “Mançester Siti” (İngiltərə)

1. “Lion” 4

2. “Mançester Siti” 3

3. “Şaxtyor” 2

4. “Hofenhaym” 1

G qrupu

23:00 “Roma” (İtaliya) – ÇSKA (Rusiya)

23:00 “Real” (İspaniya) – “Viktoriya” (Çexiya)

1. ÇSKA 4

2. “Real” 3

3. “Roma” 3

4. “Viktoriya” 1 

H qrupu

20:55 “Yanq Boyz” (İsveçrə) – “Valensiya” (İspaniya)

23:00 “Mançester Yunayted” (İngiltərə) – “Yuventus” (İtaliya)

1. “Yuventus” 6

2. “Mançester Yunayted” 4

3. “Valensiya” 1

4. “Yanq Boyz” 0


loading...