Yuxarı
loading...
loading...

“Kiralık aşk”ın “Neriman”ı Azərbaycanın bölgələrini gəzəcək VİDEO - FOTO

23.10.2018 18:05 Oxunma sayı: 1290


“Kiralık aşk” serialındakı “Neriman” obrazı ilə tanınan aktrisa Nergis Kumbasar tezliklə Azərbaycanın bölgələrinə səfər etmək istəyir.

Sənətçi bu barədə  açıqlamasında deyib.

O bildirib ki, bir neçə dəfə Azərbaycana səyahət etsə də, buranın dadı damağında qalıb.

“Bir neçə dəfə Bakıda olmuşam, oranı çox sevirəm. Aprel ayında gəlmək istəyirdim, problemlərim oldu deyə, baş çəkə bilmədim.

Ən qısa zamanda yenidən gəlmək istəyirəm. Azərbaycanlıları da, bakılıları da sevirəm. İnşallah, Azərbaycanın bölgələrini gəzmək fikrindəyəm”, - deyə aktrisa bildirib.

Qeyd edək ki, Kumbasar 1980-ci illərdən aparıcılıq etməyə başlayıb və belə tanınıb. O, 1986-cı ildə aparıcı və şoumen Mehmet Ali Erbillə ailə həyatı qursa da, 1996-cı ildə boşanıb. Onların bu evlilikdən Yasmin adlı qızı var. Sənətçi evləndikdən sonra bir müddət sənətdən uzaqlaşsa da, 2000-ci ildə yenidən fəaliyyətə başlayıb.

“Eyvah kızım büyüdü”, “Acemi cadı”, “Evimin erkeği”, “Papatyam” kimi seriallarda rol alıb.

Son illərdə ön plana çıxma səbəbi isə “Kiralık aşk” serialındakı “Neriman” obrazı olub.

 


loading...