Yuxarı
loading...
loading...

Cəbrayıl Həsənov: Çempionluq üçün nəsə çatmadı VİDEO

23.10.2018 17:54 Oxunma sayı: 2387


Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında gümüş medal qazanan Cəbrayıl Həsənov (79 kq) yarışla bağlı təəssüratlarını açıqlayıb.

mundiala hazır formada gəldiyini söyləyən sərbəst güləşçimiz çempionluq üçün nəsə çatmadığını söyləyib: 

“Buraya çox yaxşı formada gəlmişdim. Çempion olacağıma inanırdım. Hücumu son saniyələrə saxlamışdım. Alınmadı. Bundan sonra çalışacağam ki, şansımı son saniyələrə saxlamayım. Səhvlərimin üzərində işləyəcəyəm

 

Bu rəqibimlə apreldə ABŞ-da keçirilən Dünya Kubokunda da qarşılaşmışdım və 4:5 hesabı ilə uduzmuşdum. Onda hakimlərin mənə qarşı haqsızlığı olmuşdu”.

O, üçqat dünya çempionumuz Hacı Əliyevin uduzmasından da danışıb:

“Hacının zədəsi vardı. Bu yarışa bir həftə qalmış məşqlərə başlamışdı. Bu da özünü göstərdi. Son saniyələrdə də ayağı ağrıdı. O, tarix yazmış idmançımızdır. İnanırıq ki, Hacı Olimpiadada öz sözünü deyəcək”.

Qeyd edək ki, 2016-cı ilin Olimpiya medalını qazanmış Cəbrayıl Həsənov finalda amerikalı Kayl Deykə 0:2 hesabı ilə uduzub. Bununla da Cəbrayıl ilk dəfə çıxış etdiyi dünya çempionatının finalında “gümüş” medal qazanıbsa, Deyk ilk dəfə qatıldığı dünya çempionatının ilk medalını əldə edib.

loading...