Yuxarı
loading...
loading...

Yunanıstan XİN: "Afinada Kanada səfirliyinə edilən hücum iki ölkə arasındakı münasibətlərə təsir etməyəcək"

23.10.2018 15:11 Oxunma sayı: 1507


Yunanıstan XİN Afinada Kanada səfirliyinə edilən hücumu qəti şəkildə pisləyir və bildirir ki, bu hadisə iki ölkə arasındakı münasibətlərə təsir etməyəcək.

 bu barədə Yunanıstan XİN-in bəyanatında deyilir.

Bildirilir ki, ölkənin müvafiq qurumları məsələni araşdırır, cinayətkarların tapılması istiqamətində fəaliyyət göstərirlər.

Qeyd edək ki, Afinada 10 nəfər maskalı şəxs Kanada səfirliyinə hücum edərək pəncərələri sındırıb, binanın içərisinə boya ilə dolu şüşələr atıblar və hadisə yerindən uzaqlaşıblar.


loading...