Yuxarı
loading...
loading...

Fransa XİN: "Qondarma "DQR”-i tanımır, "Dostluq Xartiyasını”nı qəbul etmirik"

23.10.2018 11:52 Oxunma sayı: 1491


Fransa dövləti Sent-Etyen şəhər bələdiyyəsi ilə qondarma “Dağlıq Qarabağ Respublikası”ndakı erməni separatçıları arasında imzalanan “Dostluq xartiyası”nı qəbul etmir.

Fransa Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

“Fransa dövlətinin bu məsələdə mövqeyi aydındır. Fransa “Dağlıq Qarabağ Respublikası”nı tanımır və Sent-Etyen şəhəri ilə "DQR" arasında imzalanan “Dostluq Xartiyasını”-nı qəbul etmir, - deyə XİN-dən əlavə olunub.


loading...