Yuxarı
loading...
loading...

Hindistanda meymunlar kişini kərpiclə öldürdülər

22.10.2018 23:17 Oxunma sayı: 2398


Hindistanda meşəyə odun üçün gedən 72 yaşlı kişini meymunlar kərpiclə öldürüblər.

qoca aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Polisdən bildiriblər ki, heyvanlar kərpicləri dağılmış binadan götürüblər və ağaclara qaldırıblar. Meymunlar kişiyə 20-dən çox kərpic atıblar. Mərhumun ailəsi hüquq-mühafizə orqanlarına rəsmi müraciət ünvanlayıb. 

“Bu meymunlar əsl cinayətkardırlar, onlar cavab verməlidirlər”, - ölən şəxsin qardaşı deyib.

Polisdən qeyd ediblər ki, heyvanlara qarşı cinayət işi açıla bilməz.


loading...