Yuxarı
loading...
loading...

"Gərək "Uşağının atası kimdir" sualını verəndə mikrofonu başına çırpardım"

22.10.2018 20:39 Oxunma sayı: 1277


Müğənni Günel Ələkbərovanın aparıcı Zaur Kamalla küsülü olduğu ortaya çıxıb.

Bu haqda sənətçi sosial şəbəkədə yazıb. Zaurun "5/5" proqramında rəqqasə Oksana Rəsulovaya övladının soyadını və atasının adını soruşduğu görüntü sosial şəbəkədə paylaşılıb. Günel isə videoya şərh yazaraq, Zaurun bu addımına əsəbiləşdiyini söyləyib:

"Adama deyərlər sənə nə? Hansı amil səni məcbur edir ki, camaatın uşağının atasının kim olduğunu soruşursa? Səndən ailəni soruşan var? Bəsdir, başını başqasının həyatına soxdun. Oksana yeni ana olub. Əsas yaxınları, doğmaları bilir ki, atası kimdir. Reytinqini başqa şeylə tut. İnsanların şəxsi həyatına qarışma. Yoxsa mənim uşağımın atası kimi studiyaya gələr. Gərən onda mənə də "Uşağının atası kimdir" sualını verəndə mikrofonu başına çırpardım".

Oksana isə Günelin şərhinə "Tərbiyyə başqa şeydir" cavabını yazıb


loading...