Yuxarı
loading...
loading...

Azərbaycanlı hakim Almaniyanın məşhur klubunun oyununda

22.10.2018 19:15 Oxunma sayı: 1294


UEFA Avropa Liqasının A qrupunda keçiriləcək “Sürix” (İsveçrə) – “Bayer” (Almaniya) oyununu azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə edəcək.

 onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. 

Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.

Qeyd edək ki, bu oyun oktyabrın 25-də keçiriləcək.


loading...