Yuxarı
loading...
loading...

Bakıda reyd: “Jaguar”ın sürücüsü sərxoş vəziyyətdə saxlanıldı FOTO

22.10.2018 18:51 Oxunma sayı: 1273


Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən  kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi ilə bağlı tədbir keçirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, reyd zamanı xeyli sayda sərxoş sürücü aşkar olunub, həmçinin yol polisinə tabe olmayan, avtoxuliqanlıq edənlərə rast gəlinib. 

Kobud qayda pozuntusu etdiyi üçün Nobel prospektində saxlanılan “Jaguar” markalı avtomobilin sürücüsü Fərhad Hacıyevin yoxlama zamanı sərxoş vəziyyətdə sükan arxasında əyləşdiyi məlum olub. Sərxoşluq dərəcəsinin müəyyən edilməsi üçün həkim müayinəsinə gətirilən sürücünün etdiyi qayda pozuntusu sübuta yetirilib.

“Opel” markalı nəqliyyat vasitəsinin sürücüsü Afəl Cəfərov içkili halda maşını idarə etmədiyini bildirsə də, müayinə zamanı onun da sərxoşluq dərəcəsi müəyyən edilib.

Binəqədi rayonu ərazisində “Toyota” markalı avtomobilin sürücüsü Bəhruz Bayramov qayda pozuntusuna yol verdiyi üçün polislər tərəfindən ona “saxla” işarəsi verilib.

Sürücünün sərxoş vəziyyətdə avtomobil idarə etdiyi məlum olub. Sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə onun barəsində protokol tərtib edilib.

“BMW” markalı avtomobilin sürücü Arzu Nəsibov isə Yasamal rayonu “Mətbuat”, “Hüseyn Cavid” prospektlərində təhlükəli manevrlər etdiyi, piyadalara yol vermədiyi üçün yol polisləri tərəfindən saxlanılıb.

Araşdırma zamanı sürücünün nəqliyyat vasitəsini psixotrop maddələrin təsiri altında idarə etdiyi məlum olub. Sürücü barəsində qanunauyğun tədbir görülərək aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinə təhvil verilib.

Qeyd edək ki, tədbir zamanı nəqliyyat vasitələrinin konstruksiyasında dəyişikliklər edən sürücülər də müəyyən edilərək saxlanılıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


loading...