Yuxarı
loading...
loading...

İlham Əliyev İmişlidə

22.10.2018 15:28 Oxunma sayı: 2387


Oktyabrın 22-də İmişli rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası açılıb.

 Azərbaycan Respublikasının prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişlidə Bayraq Muzeyinin açılışında iştirak edib.

 dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev muzeydə yaradılan şəraitlə tanış olub.

13:16

Oktyabrın 22-də “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub.

 

Oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib.

 Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Mərasimdən sonra iqtisadiyyat naziri Şahin Mustafayev və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə prezident İlham Əliyevə layihə çərçivəsində görülən işlər və qarşıda duran planlar barədə məlumat veriblər.

Dövlətimizin başçısı Araz çayının yeni qol-kanalının açılışını bildirən düyməni basıb.

Sonda xatirə şəkli çəkdirilib.

 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfərə gedib.

dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev prezident İlham Əliyevə rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.

 

 


loading...