Yuxarı
loading...
loading...

3 ay əvvəl arvadı qətlə yetirilən əməkdar həkim öldü - ŞOK!

22.10.2018 12:26 Oxunma sayı: 1566


Bir neçə ay əvvəl bağ evinin bağbanı tərəfindən bıçaqlanan həkim vəfat edib.

Bu il iyulun 16-da tanınmış həkim, 72 yaşlı Arzu Şuşalı və həyat yoldaşı, 71 yaşlı Dilarə Əhmədova paytaxtın Şüvəlan qəsəbəsində yerləşən bağ evlərində bıçaqlanıblar.

Cütlük bağbanları İlqar Xancanova onu işdən çıxartdıqlarını bildiriblər və buna əsəbiləşən İlqar ev sahiblərini bıçaqlayıb. D.Əhmədova hadisə yerində vəfat edib, A.Şuşalı isə ağır yaralanıb.

Uzun müddət davam edən müalicəyə bağmayaraq həkim Arzu Şuşalı dünən xəstəxanada vəfat edib.

Qeyd edək ki, Şuşalı Arzu Məmməd oğlu 2000-ci ildə mərhum prezident Heydər Əliyevin fərmanı ilə "Əməkdar həkim" fəxri adı ilə təltif edilib.


loading...