Yuxarı
loading...
loading...

"İnter" 92-ci dəqiqədə vurduğu qolla "Milan"ı məğlub edib

22.10.2018 14:58 Oxunma sayı: 2389


Futbol üzrə İtaliya çempionatının IX turunda "İnter" öz meydanında"Milan"ı qəbul edib.

 "San-Siro"da baş tutan görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qalib komandanın yeganə qolunu 90+2-ci dəqiqədə argentinalı forvard Mario İkardi vurub.

Hazırda "İnter" 19 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb, "Milan" isə (12) 12-cidir.

İtaliya – A Seriyası. 9-cu tur

"İnter" – "Milan" -1:0

Qol: 1:0 – İkardi – 90+2

Bundan əvvəl "Yuventus" öz meydanında "Cenoa"nı məğlub edə bilməyib.


loading...