Yuxarı
loading...
loading...

“El-Klassiko” 11 ildə ilk dəfə Messi və Ronaldusuz keçəcək

22.10.2018 13:33 Oxunma sayı: 1489


Kataloniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi oktyabrın 28-də keçiriləcək Madridin “Real” komandasına qarşı oyunda iştirak edə bilməyəcək.

 bu barədə klubun rəsmi saytında məlumat verilir.

Argentinalı İspaniya çempionatı çərçivəsində “Sevilya” komandasına qarşı oyunda zədələnib. Həkimlər Messinin üç həftədən sonra yaşıl meydanlara qayıdacağını proqnozlaşdırırlar.

Beləliklə, Messi ən azı “Barselona”nın altı görüşünü buraxmalı olacaq, o cümlədən “El-Klassiko” kimi tanınan “Real” qarşı oyunu.

Bununla da, “Barselona” və “Real” matçı 11 ildə ilk dəfə Messi və Kriştianu Ronaldusuz keçəcək. Portuqaliyalı 2018-ci ilin yayında Turinin “Yuventus” klubuna transfer edilib.


loading...