Yuxarı
loading...
loading...

MTN çetesi “Koçak Gold”un 39 kiloqram qızılını necə yağmalayıb

22.10.2018 11:46 Oxunma sayı: 1278


Türk şirkətinin qızıl-zinət əşyaları daşıyan nümayəndələrinə qarşı “mahmudovçu”lar tərəfindən planlanan hücumun təfərrüatları

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq generallarının araşdırılmayan daha bir cinayəti üzə çıxıb. 2011-ci ilin dekabrında Bakı şəhərində Türkiyənin məşhur “Koçak Gold” şirkətinin qızıl-zinət əşyaları daşıyan nümayəndələrinə qarşı “mahmudovçu”lar tərəfindən planlanan hücum olub.

Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanovun rəhbərlik etdiyi dəstə üzvləri Pehlivan Hamit Ahmeti saxlayıblar. Ondan ölkəyə gətirdiyi 40 kiloqram çəkidə olan qızıl-zinət əşyaları götürülüb. Ona qarşı MTN-in İstintaq İdarəsində Cinayət Məcəlləsinin 206-cı(qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Pehlivan Hamitdən onun qızıl-zinət əşyalarını ölkəyə qaçaqmalçılıq yolu ilə gətirməsini təsdiqləyən ifadə alınıb. Sonradan isə “mahmudovçu”ların klassik pul qoparma sxemi işə düşüb.

Koçak Gold ile ilgili görsel sonucu

Məlumata görə, Pehlivan Hamitin azad edilməsi üçün danışıqlara başlayan “mahmudovçu”lar onun azad edilməsi üçün böyük məbləğ istəyiblər. Bir aya yaxın davam edən get-gəldən sonra Pehlivan Hamitin ölkəyə qaçaq yolla gətirdiyi 40 kiloqram qızılın müsadirəsi və 50 min dollar qarşılığında yüngül cəzaya məhkum olunması razılaşdırılıb. Həmin qızıl-zinət əşyalarının 1 kiloqram 360 qramı dövlət nəfinə müsadirə edilib. Yerdə qalan 39 kiloqrama yaxın qızıl-zinət əşyaları “mahmudovçu”larda qalıb. Bu gün də həmin qızıl-zinət əşyalarının harada olduğu araşdırılmayıb. Pehlivan Hamitin cinayət işi üzrə materialları Yasamal Məhkəməsinə göndərən “mahmudovçu” generallar Pehlivan Hamitin sonradan yüngül cəza ilə azad edilməsinə nail olublar. Belə məlumatlar var ki, “Koçak Gold”un Azərbaycandakı sonrakı fəaliyyəti “mahmudovçu”ların nəzarəti altında həyata keçib.

Qeyd edək ki, 2017-ci ilin martında Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrliyi ilə ləğv edilmiş MTN-nin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə prosesdə zərərçəkmiş Aslan Cahangirov ölkəyə qaçaq yolla qızıl daşınmasından danışmışdı. Demişdi ki,  Dubaydan 95 min manatlıq qızıl alaraq Bakıya gətirmək istəyib. Həmin qızılları gömrükdən keçirmək üçün Elxan Hüseynova verib, özü isə Dubayda qalıb.

Eldar Mahmudov musavat.com ile ilgili görsel sonucu

Zərərçəkmişin ifadəsindən sitat: “Hamı bilir ki, qızıl Azərbaycana qaçaq yolla gəlir. Mənim də alverçi olduğumu bilirdilər. Gömrükdə olan monopoliyadan yayınmaq üçün qızılları Elxana verdim ki, o keçirsin”.

Bakı Hərbi Məhkəməsində MTN-in sabiq vəzifəli şəxsləri Sübahir Qurbanov, Fizuli Əliyev, Teymur Quliyev, Zaur Məmmədov, Natiq Alıyev, Natavan Mirvətova, Fərhad Atayev, Elşad Əzizov, Anar Şirəliyev və Eşqin Əliyevin cinayət işi bu ilin aprelində yekunlaşıb. Maraqlıdır ki, prosesdə “mahmudovçu” dəstənin “Koçak Gold”un 39 kiloqram qızılının yağmalanması barədə epizod olmayıb. Həmin qızılların kimlərin cibinə getməsi, ölkəyə qızıl-zinət əşyalarının qaçaq yolla daşınmasında hansı üsullardan istifadə olunması haqda da araşdırmamızın nəticəsini təqdim edəcəyik.

Qeyd edək ki, artıq general Sübahir Qurbanovla birgə mühakimə olunan 2 sabiq MTN-çi azad edilib.

Baş Prokurorluq həmin şəxslərin azad edilməsi ilə bağlı yaydığı məlumatda onların  az ağır cinayət törətmələri, istintaqla yaxından əməkdaşlıq etmələri və cəzalarını yüngülləşdirən digər hallar müəyyən olunduğunu açıqlayıb. Cinayət Məcəlləsinin maddələrinin sanksiyası daxilində 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzasının əvvəli 2015-ci il 17 oktyabr tarixdən olan Eşqin Əliyev, eləcə də cəzasının əvvəli 2015-ci il 18 oktyabr tarixdən olan Anar Şirəliyev cəza müddətlərinin sona çatması ilə əlaqədar azadlıqdan məhrum etmə cəzasından azad olunublar.


loading...