Yuxarı
loading...
loading...

Londonda dramatik oyun və məşqçilər arasında gərginlik VİDEO

21.10.2018 13:57 Oxunma sayı: 2400


İngiltərə Premyer Liqası “Çelsi” – “Mançester Yunayted” matçı ilə start götürüb.

 görüşün sonları dramatik anlarla yadda qalıb.

Qonaq komanda 2:1 öndə olsa da, London təmsilçisi oyuna əlavə olunmuş sonuncu dəqiqədə bərabərlik qoluna imza atıb.

Hər şey də bundan sonra başlayıb. Belə ki, “Çelsi”nin məşqçilərindən biri sevincini Mançester klubunun çalışdırıcısı Joze Mourinyonun qarşısında edib və onu qıcıqlandırıb.

 

 

 

 

Bu, portuqaliyalı mütəxəssisin xoşuna gəlməyib və onunla haqq-hesab çürütməyə çalışıb. Lakin futbolçular və təhlükəsizlik qüvvələri davanın qarşısını alıblar.

Sonra “Çelsi” futbolçuları topu oyunu mərkəzdən başlaması üçün qonaqlara verib. Lakin Romelu Lukakunun topu ayaqlarının arasından buraxması hər iki komandanın futbolçularının münaqişəsinə səbəb olub.

Görüş 2:2 başa çatıb. Oyundan sonra “Çelsi”nin baş məşqçisi Maurisio Sarri Joze Mourinyodan baş verənlərə görə üzr istəyib. Sonra Mourinyo öz azarkeşlərini alqışlamaq üçün onların olduğu tribunaya tərəf gedib. Paltardəyişmə otağına gedərkən isə onu fitə basan “Çelsi” azarkeşlərinə barmağı ilə üç rəqəmini göstərib. Bu isə o deməkdir ki, mən sizin klubu üç dəfə çempion etmişəm.

 

 


loading...