Yuxarı
loading...
loading...

Dörd kikboksçumuz Avropa çempionatının finalında FOTO

20.10.2018 17:58 Oxunma sayı: 1283


Slovakiyanın paytaxtı Bratislavada kikboksinq üzrə Avropa çempionatı keçirilir.

 oktyabrın 13-də start götürən qitə birinciliyi “Low Kick”, “Kick Light” və K-1 versiyaları üzrə keçirilir.

Yarışda qadın kikboksçumuz Nehir Rəcəbzadə də daxil olmaqla, 17 idmançımız mübarizə aparır. Artıq beş idmançımız finala çıxıb. Lakin veteran idmançılarımızdan Telman Məhərrəmov zədə aldığından finalda iştirakı mümkün olmayıb. Bu üzdən ona dünən gümüş medal təqdim edilib.

Finala çıxan idmançılarımız isə bunlardır: “Lord” rəqəbli Ramal Aslanov, Əsgər Rəhimov, Elxan Əliyev və “Altın Qurd” ləqəbli Bəhram Rəcəbzadə. Final döyüşləri bu gün baş tutacaq.

Yeri gəlmişkən, tanınmış idmançımız, “Ağ Canavar” ləqəbli Eduard Məmmədov uduzaraq finala çıxa bilməyib.

Qeyd edək ki, bu yarışda Azərbaycanı Elnur Alıyev və Aydın Ağabəyovhakim qismində təmsil edir.

 

 

 

 

 

 


loading...