Yuxarı
loading...
loading...

Azərbaycanın yeni turizm loqosu müzakirələrə səbəb oldu VİDEO

19.10.2018 23:44 Oxunma sayı: 1282


Azərbaycan Dövlət Turizm Agentliyi yeni turizm brendini və şüarını təqdim edib. 

 Azərbaycan üçün yeni brend “Landor” beynəlxalq brendinq agentliyi tərəfindən hazırlanıb. 

Yeni turizm loqosu “A” (Azərbaycan) hərfi şəklindədir, forması isə brendin mənasını bildirir. Brendin “Take another look” (“Yenidən nəzər yetir”) şüarı təsvirin mahiyyətini və əsas devizini daha ətraflı anlamaq üçün loqotipə təkrar və diqqətli baxışı nəzərdə tutur. 

Sosial şəbəkələrdə isə həmin loqo birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.

Maraqlıdır ki, şəhər sakinləri yeni turizm loqosunu bəyənir və nəyə bənzədir? 

Baku TV-nin sorğusunu təqdim edirik:

 


loading...