Yuxarı
loading...
loading...

Rəfiqəsini balta ilə öldürən qadına ağır cəza istənildi

18.10.2018 18:54 Oxunma sayı: 1511


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rəfiqəsini qətlə yetirməkdə təqsirləndirilən İrina Qorlovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 

hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. 

O, İ.Qorlovanın cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Məhkəmə iclası oktyabrın 25-dək təxirə salınıb. 


loading...