Yuxarı
loading...
loading...

Ankarada İsrail səfirliyinə traktorla hücum etmək istədilər VİDEO

17.10.2018 14:15 Oxunma sayı: 1297


Türkiyənin paytaxtı Ankarada İsrail səfirliyinə hücum etmək istəyən şəxs yaxalanıb. 

45 yaşlı Aydın adlı şəxsin traktorla səfirliyin binasına doğru irəlilədiyi bildirilib. 

Traktora Türkiyə Böyük Millət Məclisinin binası yaxınlığında atəş açılıb və dayandırılıb. Sürücünün yaralı olduğu qeyd edilib.

Hadisə zamanı beş avtomobilə ciddi ziyan dəyib. Aparılan axtarışlar zamanı avtomobildə partlayıcı maddə aşkar edilməyib. 

İnsidentin səbəbləri məlum deyil.

 


loading...