Yuxarı
loading...
loading...

Etimad Əsədov vəfat etdi - Yeniləndi

16.10.2018 10:09 Oxunma sayı: 1154


Bu gün səhər saatlarında “Qarabağ qazilər” birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədov vəfat edib.

Bu barədə Qazilər.az-a onun döyüşçü dostları xəbər verib. E.Əsədov bir neçə müddət idi ki, ağ ciyər xərçəngindən əziyyət çəkirdi.

Əsədov Etimad Savalan oğlu 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1970-1980-cı illərdə həmin kənddə orta məktəbi bitirib. 1982-84-cü illərdə həqiqi hərbi xidmətdə olub.

SSRİ dövründə Rusiyada yaşayıb və müxtəlif işlərdə çalışıb.

1991-ci ildə erməni işğalına qarşı döyüşmək üçün Azərbaycana qayıdıb. 836 saylı Ağdam özünümüdafiə batalyonunda erməni işğalçılarına qarşı döyüşüb. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib.

1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” ictimai birliyinin sədri idi.

Ali təhsilli idi.

***

Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu Etimad Əsədovun cənazəsinin bu gün saat 14:00-da yaşadığı evdən (Yeni Günəşli qəsəbəsində, həyət evlərinə gedən yolda) götürüləcəyini bildirib.

Allah rəhmət eləsin!


loading...