Yuxarı
loading...
loading...

Azərbaycanda qadın iki kişi ilə əlbir olub ərini öldürdü

15.10.2018 18:20 Oxunma sayı: 1300


İyunun 29-da Lerik-Yardımlı yolunun 1-ci kilometrliyində, meşə zolağında Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətlər olan meyiti “UAZ-469B” markalı avtomobilinin yaxınlığında tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, araşdırmalar zamanı M.Ağayevin sinəsindən aldığı ağır xəsarətlər nəticəsində öldüyü məlum olub. 

Məhkəmə tibbi ekspertizasının rəyində onun döş qəfəsindən daxilə nüfuz edən üç bıçaq zərbəsi aldığı qeyd olunub.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən M.Ağayevin arvadı Nailə Ağayeva, Lerik rayon sakini Aqil Baxşıyev və Bakı şəhər sakini Vəfalı Əliyev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 


loading...