Yuxarı
loading...
loading...

Makron Yerevanda Azərbaycan mahnısına oynadı VİDEO

12.10.2018 19:22 Oxunma sayı: 1275


Fransa prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricitin, Frankofoniya baş katibi Mikael Jan və həyat yoldaşının, Kanada baş naziri Castin Tryudonun və beynəlxalq forumun digər iştirakçılarının Ermənistan baş naziri Nikol Paşinyanın təşkil etdiyi şam yeməyi zamanı rəqs etməsi sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. 

Yerevanda təşkil olunan tədbirdə səsləndirilən musiqilər ermənilərin mahnısı kimi təqdim edilib. Əslində isə, bu, Azərbaycanın milli rəqsi olan “Basqalı”dır. 

“Basqalı” - Azərbaycanın ən məşhur xalq ritmlərindən biridir. Onun Azərbaycanda əsas ifaçısı Xalq artisti Aftandil İsrafilovdur.

 


loading...