Yuxarı
loading...
loading...

Millimizin üzvü Avropada ən çox məhsuldar ötürmə edən futbolçudur

12.10.2018 18:49 Oxunma sayı: 1295


Futbol üzrə UEFA Millətlər Liqasının III turunun ilk oyunlarından sonra statistik məlumatlar açıqlanıb. 

Azərbaycan millisinin yarımmüdafiəçisi Rişard Almeyda hazırda bu turnirin ən çox dəqiq ötürmə verən futbolçusudur.

Otuz yaşlı futbolçu keçirdiyi üç oyundan sonra 215 dəqiq ötürmə ilə I pillədə qərarlaşıb. Yığma komandamızın digər üzvü Qara Qarayev isə bu göstəricidə III sıradadır. Onun hesabında 201 ötürmə var. II pillədə isə İspaniya yığmasının mərkəz müdafiəçisi Serxio Ramos qərarlaşıb – 204 ötürmə.

Qeyd edək ki, Rişard Almeyda Azərbaycan yığmasının səfərdə Farer Adalarını 3:0 hesabı ilə məğlub etdiyi matçda dubla imza atıb.


loading...