Yuxarı
loading...
loading...

Gürcüstanda çətənə festivalı keçirilə bilər

12.10.2018 17:42 Oxunma sayı: 1587


Gürcüstanda keçiriləcək prezident seçkilərində “Qirçi” partiyasından namizəd olan Georgi Caparidze Tbilisidə çətənə festivalı keçirmək niyyətindədir. 

müxalif hərəkatının üzvləri tədbiri seçkilərə bir həftə qalmış oktyabrın 20-də şəhərin mərkəzi parklarından birində keçirməyi planlaşdırır. 

“Qirçi” partiyasının bəyanatında deyilir: festivala azadlığın vacib olduğu bütün vətəndaşlar gəlməlidir. Tədbir zamanı çətənənin satılması da istisna edilməyib. 

“Mən vətəndaş itaətsizliyinin növbəti aktını təşkil etmək niyyətindəyəm”, - Caparidze bəyan edib. 

Qeyd edək ki, “Qirçi” partiyasını maraqlı təşəbbüsləri və qərarları ilə məşhurdur. Partiya marixuananın və fahişəliyin leqallaşdırılması ilə bağlı bəyanatlar səsləndirib. 


loading...