Yuxarı
loading...
loading...

Turistlər üçün ən bahalı şəhərlər açıqlandı

12.10.2018 17:50 Oxunma sayı: 1276


“Mastercard’s 2018 Global Destination Cities Index” turistlər üçün dünyanın ən bahalı şəhərlərinin siyahısını dərc edib. 

bu məlumat “Mastercard”ın saytında yerləşdirilib. 

Bunun üçün ekspertlər turistlərin meqapolislərə səfəri zamanı xərclədiklərini analiz ediblər.

Reytinqin birinci yerində Dubay qərarlaşıb ki, burada turistlər gün ərzində 537 dollar xərcləyib, onu Paris (301 dollar), Sinqapur (286 dollar), Pxuket (239 dollar) və Palma-de-Malyorka (220 dollar) izləyir. 

Uzunmüddətli səfər edilən şəhərlər sırasında isə Nyu-York qalib gəlib. Turistlər ortalama bu şəhərdə 8,3 gecə, Tokio isə 6,5 gecə qalırlar.


loading...