Yuxarı
loading...
loading...

Bakıda 25 mənzili yaran şəxs ələ keçdi

12.10.2018 15:37 Oxunma sayı: 1273


Bakıda mənzillərdən və saxlanc yerlərindən silsilə oğurluqlar edən paytaxt sakini Zaur Süleykin saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Araşdırma zamanı onun evlərin pəncərələrini və dəmir barmaqlıqlarını sındıraraq pul, qızıl-zinət əşyaları, habelə təmir-tikinti alətləri oğurlaması müəyyən edilib.

Z.Süleykinin ətrafında həyata keçirilən əlavə tədbirlələ onun paytaxtın müxtəlif rayonları, həmçinin Sumqayıt şəhəri ərazilərində bu ilin əvvəlindən saxlanılana qədər 100-ə yaxın mənzildən oğurluq etdiyi məlum olub. O, istintaqa verdiyi ifadəsində təkcə Xətai rayonunda 25 mənzildən oğurluq etdiyini etiraf edib.

Qeyd edək ki, Z. Süleykin oğurluq yolla əldə etdiyi qızıl-zinət əşyalarını paytaxtın müxtəlif ərazilərində yerləşən ticarət mərkəzlərində satıb.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.


loading...