Yuxarı
loading...
loading...

“Facebook” yüzlərlə hesabı sildi

12.10.2018 14:16 Oxunma sayı: 1295


“Facebook” yalan informasiya və spam yayan 559 istifadəçinin hesabını silib. 

 ABŞ-da auditoriyaya təsir göstərməyə çalışan amerikalılar tərəfindən idarə edilən 250 hesab da bağlanıb. 

Blok olunmuş istifadəçilər siyasi debatlar üçün legitim forum məsələsində insanları yanıldan paylaşımlar edib.

Xatırladaq ki, noyabrda ABŞ-da Konqresə seçkilər keçiriləcək. “Facebook”un hesabları silməsi bununla bağlıdır. 


loading...