Yuxarı
loading...
loading...

Yevlaxda qadını maşın vurub

12.10.2018 13:12 Oxunma sayı: 2397


Yevlax şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 şəhərin Üzeyir Hacıbəyli küçəsində arxaya hərəkət edən "VAZ-2104" markalı avtomobil yol kənarında dayanmış yerli sakin Cəmilə Mehdiyevanı vurub.

Nəticədə qadın müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


loading...