Yuxarı
loading...
loading...

Husilər Səudiyyə Ərəbistanına raket atdı

11.10.2018 22:48 Oxunma sayı: 1314


Husi döyüşçüləri Səudiyyə Ərəbistanının cənubunda yerlşən Asir bölgəsindəki hərbi bazaya “Badr-1” ballistik raketi atıb. Husilər raketin hədəfi məhv etdiyini açıqlayıblar. 

 “Əl-Masira” telekanalı şiə üsyançılara istinadla səudiyyəlilər arasında ölən və yaralıların olması ilə bağlı məlumat yayıb.

Hücum zamanı dağıntılar da olub. 

Səudiyyəli hərbçilərlə şiə döyüşçülər arasında Yəmənlə sərhəddəki KPP rayonunda toqquşma baş verdiyi ilə bağlı xəbər də yayılıb.


loading...